Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verdi


22:44     19 Aprel 2019 19_04_19_1555698192.jpg

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvaniya istefa qərarını açıqlayıb.

Femida.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb. Jvaniya mayın 1-dən postu tərk edəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu barədə hələ martdan prezident Salome Zurabişviliyə məlumat verib.

Jvaniya Gürcüstan Patriarxlığı Fondunun rəhbəri kimi fəaliyyətini davam etdirəcəyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 370