56 yaşlı qadın dəm qazından zəhərlənib
09:16 20 Aprel 2019
Sumqayıtda axşam saatlarında dəm qazından zəhərlənmə olub.
Femida.az -ın xəbərinə görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsində fərdi yaşayış evlərinin birində qeydə alınıb.
1963-cü il təvəllüdlü Abbasova Mətanət Abbas qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
56 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 243