Qadını təhqir edən şəxsin kimliyi bilindi – Məmur imiş

Qadını təhqir edən şəxsin kimliyi bilindi – Məmur imiş


10:43     20 Aprel 2019 2019/04/2019-04-20_010152_1555742790.jpg

Sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı yayılan videoda yeni məlumatlar üzə çıxıb.


Femida.az xəbər verir ki, Haqqin.az saytının yaydığı məlumata görə, qəzaya düşən xanım sürücüyə təhqiramiz ifadələr işlədən şəxsin kimliyi bəlli olub.

Qeyd olunur ki, həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır. Özü də dövlət işində çalışır.

Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.

Xatırladaq ki, bu gün xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib. “Təpəni döyərəm maşına, …”. – o deyib.




Femida.az

Açar sözlər: #video   #Sumqayıt  

Oxunub: 3388