Qardaşın bıçaqladığı ikinci bacı da öldü - Ailə faciəsi

Qardaşın bıçaqladığı ikinci bacı da öldü - Ailə faciəsi


11:03     20 Aprel 2019 qetl4.jpg

Aprelin 16-da Bakıda qardaşı tərəfindən ağır yaralanan bacı xəstəxanada vəfat edib.


Femida.az -ın "Qafqazinfo"nun verdiyi xəbərə görə, 1976-cı il təvəllüdlü Muxtar Əhlimanov ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Buzovna qəsəbəsində yaşayan bacısı, 1964-cü təvəllüdlü Səəadət Əhlimanovanı bıçaqlayaraq öldürüb, daha sonra digər bacısı 1962-ci il təvəllüdlü Məlahət Əhlimanovu bıçaqlayaraq xəsarətlər yetirmişdi. Ağır yaralı olan M.Əhlimanova xəstəxanaya yerləşdirilib, dünən isə orada vəfat edib.


Faktla bağlı Xəzər rayon prokurorluğunda başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsinə tövsif edilib. Muxtar Əhlimanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 230