Poroşenko ilə Zelenski arasında debat keçirildi - VİDEO

Poroşenko ilə Zelenski arasında debat keçirildi - VİDEO


11:22     20 Aprel 2019 2019/04/1555694336-948_1555745345.jpg

Kiyev Olimpiya Stadionunda Ukrayna prezidentliyinə namizədlər - Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat keçirilib.



Femida.az "Report"a istinadən xəbər verir ki, Poroşenko yekun nitqində bildirib ki, aprelin 21-də prezident seçkilərinin nəticələrini qəbul edəcək.

"Amma 22 apreldə həyat davam edəcək və 22-də biz ölkəni birlikdə qorumaq üçün birləşməliyik. Əsas onu itirməməkdir", - deyə o qeyd edib.

Poroşenko həmçinin diqqəti Krım və Donetsk hövzəsinə nəzarətin qaytarılması zəruruliyinə yönəldib.

V.Zelenski isə öz növbəsində seçkiqabağı proqramının əsas prinsiplərini sadalayıb. Bunlar hamının qanun qarşısında bərabərliyi, hakimlərin və deputatların toxunulmazlığının götürülməsi, prezidentin impiçmenti haqqında qanunun qəbulu, büdcədən maliyyələşən işçilərin maaşlarının artımı, infrastrukturun yaxşılaşmasıdır.



Femida.az

Açar sözlər:

Oxunub: 161