Baş nazirdən elektrik enerjisi ilə bağlı qərara dəyişiklik
12:01 20 Aprel 2019
Baş nazir Novruz Məmmədov "Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında dəyişiklik edib.
Femida.az xəbər verir ki, qərara aşağıdakı dəyişiklik olunub:
1-ci hissədə "24 (iyirmi dörd)" rəqəmləri və sözləri "20 (iyirmi)" rəqəmləri və sözü ilə əvəz edilib.
2. 2-ci hissədə "12 (on iki)" rəqəmləri və sözləri "10 (on)" rəqəmləri və sözü ilə əvəz edilib.
3. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği"nin adında "24 (iyirmi dörd)" rəqəmləri və sözləri "20 (iyirmi)" rəqəmləri və sözü ilə əvəz edilib.
4. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği"nin adında "12 (on iki)" rəqəmləri və sözləri "10 (on)" rəqəmləri və sözü ilə əvəz edilib.
Femida.az
Oxunub: 364
Oxşar xəbərlər
- Qarabağa investisiya qoymaq üçün 90-a yaxın sahibkar müraciət edib
- 20 ildir işlətdiyi obyekti əlindən almağa çalışırlar - Sahibkar Ali Məhkəməyə müraciət etdi
- Daha 104 sahibkar qayda pozdub
- 147 mindən çox sahibkar dövlətdən yardım istədi
- Bakıda istixanada sahibkar və 22 nəfər cərimələndi
- Sədərək Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edildi
- 123 minə yaxın sahibkar maliyyə dəstəyi üçün müraciət edib
- 32 mindən çox sahibkar maliyyə dəstəyi üçün dövlətə müraciət edib
- Bakıda sahibkar fəhləyə işgəncə verib
- Xaçmazda şadlıq sarayında fəhlənin ölümü ilə bağlı sahibkar həbs edilib