Narkotik alverçiləri saxlanılıb
12:04 20 Aprel 2019
İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu- əməliyyat -axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.
Daxil olan məlumat əsasında rayonun Mücühəftəran kənd sakini Kamil Nəcəfov polislər tərəfindən saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 7 ədəd kibrit qutusunda ümumi çəkisi 20,52 qram qurudulmuş marixuana aşkar edilib.
İlkin araşdırma zamanı K.Nəcəfovun həmin narkotik vasitəni İsmayıllı rayonu Xanagah kənd sakini, əvvəllər məhkum edilmiş Nəbi Əhmədovdan 130 manata aldığı və şəhər sakini, əvvəllər məhkum edilmiş Seymur Əhmədova satmaq istədiyi məlum olub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. S.Əhmədovun üzərindən 5,31 qram qurudulmuş marixuana, N.Əhmədovdan isə K.Nəcəfova satdığı narkotik vasitədən əldə etdiyi pulun bir hissəsi aşkar edilib. Bundan başqa Kamil Nəcəfovun Mücühəftəran kəndində yerləşən evinə baxış keçirilən zaman oradan 1 kq 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Femida.az
Oxunub: 324
Oxşar xəbərlər
- “Sən kimi seçirsən - sevdiklərini, yoxsa narkotiki?”
- Bakıda narkotiklə bağlı əməliyyatlar keçirilib, 30 nəfər saxlanılıb
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Bakıda narkotikə görə 64 nəfər saxlanılıb
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb