ABŞ-ın Qarabağ təşəbbüsü: Putin hərəkətə keçir

ABŞ-ın Qarabağ təşəbbüsü: Putin hərəkətə keçir


15:20     20 Aprel 2019 19_04_20_1555749265.jpg

Paşinyan Rusiya ilə münasibətləri əvvəlki məcraya qaytarmaq üçün əlindən gələni edir.


Bu sözləri Axar.az-a Ermənistan Baş nazirinin Rusiya Prezidenti ilə gözlənilən görüşünü şərh edən “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

“Rusiya ilə Ermənistan arasındakı münasibətlər getdikcə çox müəmmalı xarakter almağa başlayıb. Təbii ki, bundan narahat olan Paşinyan da Rusiya ilə münasibətləri əvvəlki məcraya qaytarmaq istəyir. Düzdür, ölkə rəhbərləri arasında nəzərdə tutulan görüşün mayın 29-da Qazaxıstanda keçirilməsi planlaşdırılır. Ancaq hesab edirəm ki, Paşinyan bundan öncə də Rusiyada səfərdə olacaq. Çünki 9 mayda Rusiyada Qələbə günü qeyd olunacaq. Bəllidir ki, Paşinyan Rusiya ilə münasibətləri qaydaya salmaq üçün bu fürsətdən yararlanacaq. Onun Rusiya ilə bağlı verdiyi bəyanatlar da bunu sübut edir”.

Ekspert tərəflərin görüşdə Qarabağ mövzusuna da toxunacağını deyib:

“Qarabağ məsələsinin tənzimlənməsində Rusiyanın müəyyən maraqları var. Hətta Putin bu dəfə Paşinyanın mövqeyini daha dərindən öyrənməyə çalışacaq. Çünki ABŞ da Qarabağ məsələsinin həllində öz mövqeyini itirmək istəmir. İrəvanın Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən narahatlıq keçirməsi də bundan xəbər verir. Görünür, İrəvan ümumiyyətlə danışıqların gedişatından və ABŞ-ın prosesi nəzarəti ələ almasından narazıdır, buna görə də hər vəchlə probleminin həllinə qarşı çıxır. Bu isə o deməkdir ki, İrəvan məsələnin sülh yolu ilə həllinə meyilli deyil. Bu, Paşinyanın davranışlarından və erməni mətbuatından da aydın şəkildə hiss olunur”.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin mayın 29-da Avrasiya İttifaqının Ali Şurasının Qazaxıstanda keçiriləcək iclası çərçivəsində görüşəcəyini açıqlayıb.

Açar sözlər:

Oxunub: 231