Azərbaycanda hərbçilər 2 yaşlı qızı yanan evdən xilas edib
12:41 20 Aprel 2019
20.04.2019-cu il tarixində saat 08:10-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində fərdi yaşayış evində yanğın baş verməsi və evin içərisində azyaşlı uşağın qalması barədə məlumat daxil olub.
Femida.az FHN-in saytına istiandən xəbər verir ki, yanğının baş verdiyi ünvanın Dövlət Yanğından Mühafizə Xidmətinin hissələrindən aralı, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə isə nisbətən yaxın yerləşdiyi nəzərə alınaraq, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat növbətçisi tərəfindən Müdafiə Nazirliyinin əməliyyat növbətçisi ilə əlaqə yaradılıb və həmin hərbi hissədən kömək istənilib. Yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi Hərbi Hissənin hərbi qulluqçuları tərəfindən 2017-ci il təvəllüdlü Hüseynova Mənsurə Sərdar qızı xilas olunub. Yanıq xəsarəti almış azyaşlıya hərbi hissənin tibbi personalı tərəfindən ilkin yardım göstərilib.
DYMX-nin müvafiq qüvvələri yanğın yerinə çataraq yanğının ətraf tikililərə keçməsinin qarşısını alıblar. Yanğın nəticəsində 1986-cı il təvəllüdlü Ağayev Sərdar Eyvaz oğluna məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 1399
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib