Tağı Əhmədovun telefonu qanunsuz dinlənilib -Əməliyyata Çovdarov başçılıq edibmiş
13:03 20 Aprel 2019
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov və digərlərinin Bakı metropolitenin sabiq rəisi Tağı Əhmədovu nədə ittiham etdikləri açıqlanıb.
Femida.az Axar.az -a istinadən xəbər verir ki, ittiham aktında göstərilib ki, Vüqar Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov və digərləri ilə cinayət əlaqəsinə girib, onlar Tağı Əhmədovdan 3 milyon manat pulu hədə-qorxu yolu ilə tələb ediblər.
Akif Çovdarovun rəhbərlik etdiyi baş idarədə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Tural Rzayevin tərtib etdiyi, guya Tağı Əhmədovun islam dininin təriqət üzvlərinə maddi yardım göstərməsi barədə əsassız məlumatlar daxil edilmiş “N” saylı tapşırığı 1 mart 2014-cü ildə imzalanıb, həmin ilin martın 3-də sənəd təsdiqlənməsi üçün nazirə təqdim edilib.
Bundan sonra dəstə üzvləri Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, 1-ci şöbə 2-ci bölmənin rəisi Anar Şirəliyev, 5-ci şöbənin baş mütəxəssisi Fərhad Atayev və başqaları Tağı Əhmədovun istifadəsində olan mobil nömrələri, metro ticarəti ilə məşğul olan qardaşı oğlu Şövqü Əhmədovun, tanışı Elşən Tağıyevin mobil nömrələrini dinləyiblər.
2014-cü ilin martında idarənin sabiq əməkdaşı Rəsul Rəsulov Tağı Əhmədovla görüşüb. O, Tağı Əhmədov və oğlunun həbs olunacağı ilə hədələyib, 3 milyon manat tələb edib.
Hədə-qorxu yolu ilə 3 milyon manat alınıb.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.
Oxunub: 1114
Oxşar xəbərlər
- Tağı Əhmədov YAP-ın binasında adam döyübmü? - 2 milyonluq məhkəmənin detalları
- Tağı Əhmədovdan 2 milyon sələm götürənlər məhkəmədən qaçdı - Axtarışa verildilər
- Tağı Əhmədov və Məlahət İbrahimqızı YAP-dakı vəzifələrindən azad olunublar
- Tağı Əhmədov nə qədər pensiya alır? — Məbləği özü açıqladı
- Eldar Mahmudovun əmisi oğlunun məhkəməsi başlayıb - Tağı Əhmədov məhkəməyə gəlmədi
- Tağı Əhmədov Həccə getdi (FOTO)
- Tağı Əhmədova ağır itki
- İlham Əliyevdən Tağı Əhmədovla bağlı SƏRƏNCAM
- Tağı Əhmədovun qardaşı oğlanları ifadə verib - `MTN işi`
- “Cəhənnəmə gedən özünə yoldaş axtarar...” - Tağı Əhmədov