Qazaxıstanda sərnişin avtobusu aşıb, 11 nəfər ölüb

Qazaxıstanda sərnişin avtobusu aşıb, 11 nəfər ölüb


14:22     20 Aprel 2019 19_04_20_1555752499.jpg

Qazaxıstanda sərnişin avtobusu aşıb.

Femida.az -ın xəbərinə görə, bu barədə “RİA Novosti” Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yol-nəqliyyat hadisəsi səhər saat 5 radələrində, Cambul vilayətinin Korday rayonunda, Alma-Ata – Daşkənd avtomobil yolunun 181-ci kilometrliyində baş verib. “Toyota Camry” markalı avtomobil yolun qırağında dayanmış yük maşınına çırpılıb. Hərəkətdə olan avtobusun sürücüsü isə onlarla toqquşmamaq üçün manevr edib, nəticədə avtobus aşıb.
Qəza nəticəsində 8 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada ölüb. Onların hamısı Özbəkistan vətəndaşlarıdır.

Açar sözlər:

Oxunub: 151