Polis külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb


13:38     20 Aprel 2019 19_04_20_1555752703.jpg

İsmayıllıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Femida.az -ın Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədovdan 5,31 qram marixuana götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə S.Əhmədova narkotik vasitəni satmış rayon sakinləri, əvvəllər məhkum olunmuş N.Əhmədov və K.Nəcəfov saxlanılıblar. K.Nəcəfovun evinə baxış zamanı 1 kiloqram 55,04 qram marixuana aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 292