Komitə nümayəndələri əsgərlərlə görüşüb


16:26     20 Aprel 2019 2019/04/4BB8A415-F33A-4654-B386-FAA9C2E55580_1555762260.jpeg

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyindən Femida.az-a a verilən məlumata görə, birgə tədbirlər planına uyğun olaraq, Komitə nümayəndələri bu günlərdə Hərbi Dəniz Qüvvələrində dənizçilərlə görüşüb.

Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu mövzusunda söhbətlər aparılıb və şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 337