Binəqədidə evdən qadın meyiti tapılıb


18:44     20 Aprel 2019 qadin_olum_meyit_cesed.jpg

Binəqədidə mənzildə 71 yaşlı qadın meyiti tapılıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 438