Qəbələdə ağır qəza - Ölən və yaralanan var


19:19     20 Aprel 2019 1419625164_qeza-cenubnews-55.jpg

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun 55 km-də rayonun Bunut kənd ərazisində qeydə alınıb.

Qəbələ istiqamətində hərəkətdə olan BMW markalı minik maşını qarşı tərəfdən gələn "VAZ-2106" ilə toqquşub. Qəza nəticəsində BMW-nin sürücüsü dünyasını dəyişib. Maşında Bakı şəhərindən olan sərnişinlər – 1995-ci il təvəllüdlü Osmanlı İlkin Heydər oğlu, 1995-ci il təvəllüdlü Nəcəfzadə Ruslan Aydın oğlu və 1996-cı il təvəllüdlü Nəbiyev Elçin Yaşar oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Qəbələ Müalicə Diaqnostika Mərkəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər: #Qəbələ  

Oxunub: 485