Xameneini təhqir edən alimə 13 il həbs cəzası verildi


22:09     20 Aprel 2019 19_04_20_1555783834.jpg

İranda alim Kamal Cəfəri Yezdiyə 13 il həbs cəzası verilib.


Bu barədə Anadolu İranın HRANA agentliyinə istinadən məlumat yayıb.


Bildirilir ki, Məşhəd məhkəməsinin qərarına əsasən, Yezdi hakimiyyətin devrilməsi məqsədi ilə təşkilat yaratdığına görə 10 il, hökumət əleyhinə təbligat apardığına görə 1 il və ayətullah Əli Xameneini təhqir etdiyinə görə 2 il həbs cəzası alıb.

Qeyd olunur ki, Yezdi uzun müddət Məşhəd şəhərinin ali təhsil ocaqlarında çalışıb. Ötən ilin avqustunda o, həbs edilib və 3 ay sonra zaminə buraxılıb.

Açar sözlər:

Oxunub: 711