Şri lankada partlayış - 42 nəfər öldü


09:09     21 Aprel 2019 19_04_21_1555827038.jpg

Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı törədilən partlayışlar nəticəsində 42 nəfər həyatını itirib.

Bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.

Hadisələr zamanı daha 280 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. / Report

Açar sözlər:

Oxunub: 360