Avtobusla minik maşını toqquşdu - 5 nəfər yaralandı

Avtobusla minik maşını toqquşdu - 5 nəfər yaralandı


09:24     21 Aprel 2019 klinika.jpg

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Femida.az xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 173