Qız oğlan dostunu evə dəvət etdiyi üçün hər ikisi polisə aparıldı - VİDEO


10:53     21 Aprel 2019 19_04_21_1555829950.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edən bir qadın mənzildə bağlı qapı arxasında qalan qızının onun çağırışlarına cavab vermədiyini bildirib.

Femida.az ONA-ya istinadən bildirir ki, dərhal əraziyə polis, təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

Hadisə yeri müayinə edilib, xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qapını açıblar. Mənzilə daxil olan ananı qızı N.Qurbanova oğlan dostu ilə qarşılayıb. Qız oğlan dostunu evə şam yeməyinə dəvət etdiyini bildirib.

Gənclərin hərəkətləri polis əməkdaşlarında müəyyən şübhələr yaratdığından onlar polis orqanına aparılıblar.

Araşdırmalardan sonra fakta hüquqi qiymət veriləcək.




Femida.az

Açar sözlər: #polis  

Oxunub: 2490