Londonda saxlanılanların sayı 750-yə çatdı


12:43     21 Aprel 2019 19_04_21_1555836260.jpg

Londonda özlərini ətraf mühitin mühafizəçiləri adlandıran “Extinction Rebellion” qrupu 6 gündür şəhərin müxtəlif yerlərində etiraz aksiyaları keçirirlər.

Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şəhərin ən işlək yerlərinə toplaşaraq oranı zəbt edən etirazçılara polisin müdaxilə nəticəsində kiçik qarşıdurmalar baş verib.

Son məlumatlara görə, 6 gün ərzində 750 nəfər saxlanılaraq polis idarələrinə aparılıb.

“Extinction Rebellion”un İngiltərə hökumətindən əsas tələbi iqlim və ekoloji vəziyyətlə bağlı fövqəladə vəziyyətin elan edilməsidir. Onlar 2025-ci ilə qədər parnik qazları emissiyasının sıfıra endirilməsini istəyirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 319