Dövlət yeni torpaq sahələri alacaq
12:50 21 Aprel 2019
Nazirlər Kabineti "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə" qərar verib.
Femida.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qərara əsasən Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqların özgəninkiləşdirilməsi ilə əlaqədar həmin torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həmin torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanununun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir
Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.
Femida.az
Oxunub: 367
Oxşar xəbərlər
- Ukrayna MN: "Rusiya torpaqlarımızı minalayır"
- Hökumət azad edilmiş torpaqların kənd təsərrüfatı potensialını qiymətləndirib
- Gürcüstanda karxanada çökmə olub, torpaq altında qalanlar var
- Bakıda metro stansiyalarının tikintisində çıxarılan torpaqlar hara tökülür?
- Türkiyə Prezidenti: "Azad edilmiş torpaqların bərpasına dəstəyimiz fasiləsiz davam edəcək"
- “Azərbaycan torpaqlarına nəzarətini bərpa etməklə regionda söz sahibinə çevrildi” - Robert Sekuta
- "Azərbaycan torpaqlarını geri qaytardı və 30 illik ədalətsizliyə son qoyuldu" - Ərdoğan
- Nepalda daşqın və torpaq sürüşmələrində 88 insan ölüb, 30 nəfər itkin düşüb
- Qarabağa qayıdan kəndlilərə neçə sot torpaq veriləcək? - PREZİDENT AÇIQLADI
- "Bu torpaqları görməyən cavanlarımız uğrunda ölümə gedirdilər" - İlham Əliyev