Sevgilisindən ayrılan gənc özünü səfirliyin damından atmaq istədi


16:05     21 Aprel 2019 2019/04/F9EDD542-8ACB-4C68-8292-E7546FADE399_1555848495.jpeg


Bu gün səhər Venesuelanın Moskvadakı səfirliyi ətrafında dram yaşanıb.

20 yaşlı bir gənc Latın Amerikası ölkəsinin diplomatik nümayəndəliyinin damına çıxaraq, diqqət çəkmək fikrinə düşüb.

Serafim adlı oğlan sevgilisinə zəng edərək, özünü damdan atacağı ilə hədələyib. Hadisə yerinə polis, təcili yardım maşınları və psixoloq gəlib. Bir neçə saatlıq danışıqlardan sonra gənc fikrindən daşınıb və aşağı düşüb.


Femida.az

Açar sözlər:

Oxunub: 414