Bakıda it azyaşlının üzünü parçalayıb


17:15     21 Aprel 2019 2019/04/BB3C7045-E3FD-43FA-9BFF-7CD5F7768C79_1555852756.jpeg

Bakıda azyaşlı quduz itin hücumuna məruz qalıb.

Femida.az ONA-ya istinadəm xəbər verir ki, hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.

İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.

Ağır yaralanan 4 yaşlı uşaq 1 saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.

Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 573