On min dollardan çox kredit borcu olanlara - ŞAD XƏBƏR
18:30 21 Aprel 2019
Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanından sonra məbləği 10 min dollardan yuxarı olan kredit borcları üçün də müəyyən addımların atılacağının gözlənildiyi bildirilir.
Femida.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, fiziki şəxslərin problemli kreditlərinə dair kompensasiyalar tam ödənildikdən sonra hüquqi şəxslərlə bağlı da fərman veriləcək.
Mənbə qeyd edir ki, 2015-ci il devalvasiyalarından sonra sahibkarlara xeyli dərəcədə ziyan dəyib. Onlar da devalvasiya nəticəsində daha çox kredit ödənişi etmək məcburiyyətində qalıblar. Bu səbəbdən də 10 min dollardan yuxarı kreditlər məsələsi müzakirə edilir. Hazırda bununla bağlı bir neçə həll variantında təkliflər hazırlanır.Yaxın vaxtlarda təkliflərin ölkə başçısına təqdim ediləcəyi gözlənilir.
Oxunub: 792
Oxşar xəbərlər
- Onkoloji və skleroz xəstələrinə pensiya veriləcək
- Onkoloji xəstəliklər gələn ildən icbari tibbi sığortaya cəlb ediləcək
- Onlayn qızıl sifariş etdi, satıcını hədələyib hamısını əlindən aldı
- Onlayn yolla "patı" satan tutuldu
- Onlayn "patı" satan şəxs tutulub
- On altı vəzifəli tibb işçisi nöqsanlara görə işdən çıxarılıb
- On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib
- On bir mindən çox hərbçiyə “Xocavəndin azad olunmasına görə” medalı verilib
- On ölkənin səfiri işğaldan azad olunan ərazilərə səfər edəcək
- Onkoloq-kimyaterapevt xərçəng riskini azaldan üç vərdişin adını açıqlayıb