Şri-Lankada partlayışlarda 12 ölkənin vətəndaşı ölüb


21:12     21 Aprel 2019 19_04_21_1555863838.jpg

Bu gün Şri-Lankada kilsələrdə və otellərdə törədilən 8 partlayış nəticəsində 12 ölkənin vətəndaşı həyatını itirib.

Femida.az -ın məlumatına görə, bu barədə “News 1st” telekanalı məlumat yayıb.

Terror aktları nəticəsində 35 əcnəbi ölüb. Telekanalın məlumatına görə, ölənlər arasında Danimarka, Yaponiya, Hindistan, Pakistan, Mərakeş, Banqladeş, Belçika, Çin, Hollandiya, Türkiyə, ABŞ və Böyük Britaniya vətəndaşları var.

Qeyd edək ki, bu gün paytaxt Kolombo və ölkənin digər yaşayış məntəqələrində kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 215 nəfərə çatıb, 450-dən artıq insan yaralanıb.

Açar sözlər:

Oxunub: 338