Rafael Ağayev Premyer Liqa turnirində bürünc medal qazanıb


22:12     21 Aprel 2019 19_04_21_1555864666.jpg

Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) “Karate 1” seriyasından Premyer Liqa turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, karateçimiz Rafael Ağayev (75 kq) yarışın bürünc medalını qazanıb. Fransalı idmançı Loqan Da Kostaya həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn idmançımız dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.


Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

“Karate 1” seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.

Açar sözlər:

Oxunub: 364