Kənd evinin həyətindən qumbara tapılıb
09:01 22 Aprel 2019
Lənkəran rayonu, Göyşaban kəndi ərazisində 1 ədəd F-1 əl qumbarası tapılıb.
Femida.az Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə istinadən xəbər verir ki, tapıntı haqqında məlumat Agentliyə ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.
Agentliyin mütəxəssisləri və Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 361
Oxşar xəbərlər
- Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb
- Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub
- Sumqayıtda qumbara tapılıb
- Almaniya Ukraynaya 2 min qumbaraatan vermək niyyətindədir
- Beyləqan sakinindən odlu silah və qumbara aşkar edilib
- Mingəçevirdə keçmiş məhkumun kirayədə yaşadığı evdən qumbara və heroin aşkarlanıb
- Qusarda qumbara və xeyli sursat aşkarlanıb
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Erməni terrorçu Azərbaycan hərbçilərinin olduğu posta qumbara atıb, yaralanan var - FOTO+VİDEO
- Bakıda küçədə qumbara aşkarlandı