Astarada torpaq sürüşməsi - Bir ailə evsiz qaldı


09:08     22 Aprel 2019 2019/04/5FCCF869-7ED7-4BA1-88B7-BA4C8297DCB0_1555908479.jpeg

Astarada torpaq sürüşməsi nəticəsində 70 yaşlı qadın ailəsi ilə birlikdə evsiz qalıb.

Femida.az ONA-ya istinadən verdiyi məlumata görə, torpaq sürüşməsi son günlərə təsadüf edən hava şəraiti ilə əlaqədardır.

Sürüşmə nəticəsində Astara rayonunun Siyəkü kənd sakini 1949-cu il təvəllüdlü Təcrübə İsgəndərovaya məxsus 3 otaqlı ev dağılıb.

Xoşagəlməz hadisə ötən gün gecə saatlarında baş verib. Aralarında 2 azyaşlının olduğu 5 nəfərlik ailədə xəsarət alan olmasa da, onlar evsiz qalıblar. Ailə qohum-qonşunun evində gecələyir.

Sürüşmə zonasında yerləşən 10-a yaxın yaşayış evi də hər an uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

Üstəlik fərdi təsərrüfatlardakı bir neçə hektar sahədə sitrus bağlarına da zərər dəyib. Bu da ev sahiblərini ciddi şəkildə narahat edir.

Kənd sakinləri tezliklə aidiyyati qurumlar tərəfindən müəyyən tədbirlərin görülməsinə ümid edirlər.

Femida.az

Açar sözlər: #Astara  

Oxunub: 343