Gəncədə DƏHŞƏT - Tələbəni başından bıçaqladılar


09:12     22 Aprel 2019 bicaq5.jpg

Gəncədə 18 yaşlı gənc bıçaqlanıb.

Femida.az ONA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Belə ki, Goranboy sakini 18 yaşlı Abdulla Kərinov başından bıçaqlanıb.

Yaralı dərhal Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Yaralının vəziyyəti orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Cinayəti törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 702