Abşeronda mağaza yanıb


09:27     22 Aprel 2019 yangin_38673636.jpg

Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 16 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki mallar yanıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #Qəza   #FHN   #Nazirlik  

Oxunub: 349