"28 Mall"dan gödəkçə oğurlandı


09:32     22 Aprel 2019 2019/04/28mall_1555911499.jpg

Bakıda ticarət mərkəzində oğurluq edən şəxs yaxalanıb.


Femida.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzində baş verib.

Ticarət mərkəzinə daxil olan Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Fərid Abdulhadi mərkəzdəki mağazalardan birindən bahalı gödəkçəni geyinərək hadisə yerindən qaçıb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F.Abdulhadi saxlanılıb.

Məlum olub ki, F.Abdulhadi əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Oğurluq   #Məhkum  

Oxunub: 927