“ASAN Akademiya 2019”un açılışı oldu


10:03     22 Aprel 2019 2019/04/57618-3111822922_1555913103.jpg

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib.

Femida.az xəbər verir ki, 20 aprel- 20 iyun 2019-cu il tarixini əhatə edəcək layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaq, onları təcrübi biliklərə yiyələndirməkdir. Həmçinin onların karyeralarında irəliləmələri üçün təkan verməklə intellektual potensiallarını düzgün dəyərləndirmək prioritetdir.

Layihə müddətində iştirakçılar üçün peşəkarlar tərəfindən liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunacaq.

İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə tədris prosesindən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyaların təşkili nəzərdə tutulur.

Layihədə qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesaba edilən 50 gənc iştirak edir.

Femida.az

Açar sözlər:

Oxunub: 461