Üzünü it parçalayan uşağın son durumu - AÇIQLAMA


11:12     22 Aprel 2019 2019/04/BB3C7045-E3FD-43FA-9BFF-7CD5F7768C79_1555852756_1555917386.jpeg

Aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində quduz it dişləmiş uşağın vəziyyəti yaxşıdır.


Bu barədə Femida.az-a 1 saylı Tibbi Kliniki Xəstəxanın üz-çənə cərrahiyyə şöbəsindən məlumat verilib: “Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib".

Məlumatda hazırda xəstənin vəziyyətinin normal olduğu bildirilib: "Profilaktik olaraq müalicə davam edir".

Qeyd edək ki, Bakıda azyaşlı quduz itin hücumuna məruz qalıb. ONA xəbər verir ki, hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.

Belə ki, it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.
Ağır yaralanan 4 yaşlı uşaq 1 saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.

Açar sözlər:

Oxunub: 503


Oxşar xəbərlər