Bağlı qalmış 8 cinayətin üstü açıldı - 20 nəfər saxlanılıb


12:44     22 Aprel 2019 2018/02/hebs-cinayet_1519374033.jpg

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 8 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 357