500-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb


12:58     22 Aprel 2019 gurcustan%20azerbaycanli.jpg

Cari ilin birinci rübündə Gürcüstana buraxılmayan əcnəbi vətəndaşların ümumi sayı 6400-ə yaxın olub.


Femida.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, onların arasında birinci yeri 3000 nəfər olmaqla İran vətəndaşları tutub.

İkinci yerdə Hindistan vətəndaşları (1 200 nəfərə yaxın) qərarlaşıb. Bu dövr ərzində isə Gürcüstana buraxılmayan Azərbaycan vətəndaşlarının sayı isə 493 nəfər təşkil edib.

Femida.az

Açar sözlər: #Gürcüstan   #Həbs  

Oxunub: 453