Kollegiyanın sədrindən Elinanın məsələsinə xüsusi DİQQƏT


13:15     22 Aprel 2019 2019/04/anar-bagirovqq1_1555925178.jpg

162 nömrəli məktəbin intihar edən şagirdi Elina Hacıyevanın ailəsi məhkəmə proseslərində onların hüquqlarını müdafiə etmək üçün vəkilə pullarının olmadığı barədə mətbuata məlumat vermişdi.


İntihar edən məktəblinin anası Sevil Hüseynova mətbuata açıqlamasına "biz kasıb ailəyik, pulumuz yoxdur. Hüquqşünasa verməyə pulumuz yoxdur.Hər kəsdən xahiş edirəm ki, bizə yardım etsin" deyə bildirmişdi.

Femida.az xəbər verir ki, Elina Hacıyevanın anasının bu müraciətindən sonra Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov dərhal Sevil Hüseynova ilə əlaqə saxlayıb. O, Vəkillər Kollegiyasına dəvət olunub. Lazımı hüquqi yardım göstərilməsi barədə Kollegiyanın sədrindən göstəriş verilib. Sevil Hüseynova ödənişsiz vəkillə təmin edilib.


Miri Məcidli
Femida.az


Açar sözlər: #Vəkillər_Kollegiyası   #Anar_Bağırov   #Elina   #intihar  

Oxunub: 4538