Qadının sonuncu 28 manatını taladı


15:07     22 Aprel 2019 2019/01/canta_1546500555.jpg

Aprelin 21-də Yevlax şəhəri ərazisində naməlum şəxs Göyçay şəhər sakini olan bir qadının içərisində 28 manat olan pul kisəsini açıq talama yolu ilə alıb.


Daxili İşlər Nazirliyindən (DİN) Femida.az-a verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 324