149 ildir bədəni yaşayan siyasətçi: Vladimr Lenin (FOTO + VİDEO)


15:23     22 Aprel 2019 19_04_22_1555932065.jpg


Dünyada ilk sosialist respublikasının banisi Vladimr Leninin 149-cu doğum günüdür. O, 1870-ci il aprelin 22-də Simbirsk vilayətində doğulub.

Leninin həqiqi soyadı Ulyanovdur. Vladimir İliç Kommunist Partiyasının və Sovetlərin qurucusudur. Xalq məktəbi inspektoru İlya Nikolayeviç Ulyanovun (1831-1886) ailəsində anadan olan Leninin ailəsi çoxmillətli olub: çuvaş, kalmık, rus, alman, yəhudi, isveç.

1887-ci illdə Simbir gimnaziyasını qızıl medalla bitirib Kazan Universitetinin Hüquq fakultəsinə daxil olub. Tələbə hərəkatlarında iştirak etdiyi üçün Universitetdən qovulub. Qardaşının edam olunmasından sonra Lenin tarixi-sirli frazasını işlətdi – "Başqa cür hərəkət etmək lazımdır!"

Karl Marks və Engelsinəsərləri Leninin dünya görüşünün formalaşmasında mühüm rol oynayıb. O, inamlı marksistə çevrilir.
1889-cu idə Lenin Sankt-Peterburq Universitetində imtahanlardan keçir. Buranı qurtardıqda sonra proletarların hüquqlarını müdafiə edən vəkil kimi fəaliyyət göstərir. 1895-ci ildə yaratdığı "İşçi Sinifin Azadlığı Uğrunuda Mübarizə İttifaqı" adlı cəmiyyət fəhlələr arasında aktiv təşviqat işləri ilə məşğul idilər.



1895-ci ilin dekabrında Lenin tutuldu və 3 illik sürgün edildi. Türmədə olduğu müddətdə yazdığı materiallar əsasında "Rusiyada Kapitalizmin inkişafı" adlı kitab yazdı.

1900-cu ildə Rusiyanı tərk edən Lenin Cenevrə, Brüssel və Londonda RSDFP-nin II qurultayını keçirdi. Partiyanın nizamnaməsini yazıb qurultayın fəaliyyət planını hazırladı:

çarizmin devrilməsi, demokratik respublikanın qurulması, kənddə təhkimçiliyin qalıqlarını aradan qaldırmaq, kəndlilərə torpaqların qaytarılması, 8-saatlıq iş rejimi, millətlərin bərabərhüquqluğunun yaradılması. İşçi hərəkatının qarşısında son məqsəd kimi tamamilə yeni bir cəmiyyətin – sosializm cəmiyyətinin qurulması

Lenin başqa soyadla Peterburqa gəldi və aktiv fəaliyyətə başladı. Bu mübarizə uğurla nəticələndi-beləki Lenin Rusiyaya gəldikdən sonra onun tərəfdarlarınını sayı dəfələrlə artdı. 1906-ci ilin sonuna yaxın RSDFP-nin 150 minə yaxın üzvü var idi. Lenin iştirakı hiss olunmaya bilməzədi, Rusiyada qalmaq təhlükəli idi. 1906-cı ildə Finlandiyaya və oradanda 1907-ci ilin payızında yenidən xaricə çıxdı. İkinci mühacirətini 1908-1916-cı illərdə yaşadı. Bu müddətdə ideologiyasını daha da təkmilləşdirdi. Çoxlu məqalələr yazdı. 24 oktyabr 1917-ci il Lenin Smolnıy şəhərinə gəlir və o vaxt kı, Petroqrad şurasının sədri Lev Trotski ilə birlikdə inqilabi oyanışın bir-başa rəhbərliyi ilə məşğul olmağa başladı. A.F.Kerenskini hakimiyyətdən devirmək üçün 2-gün lazım oldu. Noyabrın 7-də Lenin müvəqqəti hökumətin devrilməsi haqqında müraciət imzaladı. Elə həmin gün keçirilmiş Sovetlərin II Ümumrusiya qurultayında sülh, torpaq və kəndli-fəhlə dövlətinin- başda Lenin olmaqla Xalq Kommisarları Şurasının qurulması haqqında Lenin dekretini qəbul etdi.



Sovet hökumətinin və KP MK-nın Moskvaya Petroqraddan köçməsindən sonra, 11 mart 1918-ci ildən başlayaraq Lenin Moskvada işləyib yaşadı. Onun şəxsi evi və kabineti Kremldə, 3-cü mərtəbədə yerləşir. Lenin ölkədə ateist dünya görüşünün olmasına və təkpartiyalı sistemin əsasını qoyub. Dünyada ilk sosialist dövlətin əsasını qoyan şəxsdir. 1918-ci il 30 avqustda Leninə, onun ağır yaralanması ilə nəticələnən sui-qəsdə cəhd oldu.

1923-cü ilin yaz aylarından demək olar ki, artıq işləyə bilmirdi. Onun vəziyyəti o qədər pis idi ki, faktiki olaraq tamamilə iş bacarığını itirmişdi.

Ölümdən sonra dünya proletariatının liderini tamamilə qeyri-adi tale gözləyirdi. Lenini dəfn etmədilər. Meyitini xüsusi mavzoleydə nümayişə qoydular. Lenin heç vaxt mumyalanmasını istəməyib. Onun dul arvadı da rəhbərin ölümündən sonra bu məsələnin əleyhinə çıxır. Bir çox yüksək rütbəli bolşevik də mumyalanma söhbətini qəbul etmir.

1923-cü ilin payızında Leninin vəziyyəti çox pisləşir. Siyasi Büronun iclasında İliçin ölümdən sonrakı taleyi müzakirə edilir. Stalin təklif edir ki, Lenini dəfn etməsinlər. Əyalətdəki yoldaşların xahişini nəzərə alaraq onun meyitini gələcək nəsillərə nümayiş etdirmək üçün saxlamaq lazımdır.



Bu təklif Siyasi Büronun bir çox üzvü arasında ciddi müzakirələrə səbəb oldu. Birincisi, bu vəhşilik idi. Çünki bolşeviklər marksist idilər və heç bir dinə inanmırdılar. Niyə yeni bir kult yaratmalı idilər ki? İkincisi, Leninin heç vaxt belə bir istəyi olmamışdı və yəqin ki, belə bir ideyaya kəskin yanaşardı. Üçüncüsü, Lenin bütün dinləri inkar edirdi, bu təklif isə İliçdən kult düzəltmək demək idi. Siyasi büronun böyük əksəriyyəti: Kamenev, Trotski, Zinovyev və Buxarin bu təklifin əleyhinə çıxış etdilər. Onlar bu ideyanı sərsəm fikir adlandırdılar.

21 yanvar 1924-cü ildə saat 6-50 də Moskva ətrafı mülk olan Qorkidə vəfat etdi. 23 yanvarda Leninin cəsədi Moskvaya gətirilmişdir. Rəsmi vida mərasimi 5 gün gecə gündüz davam etdi. 27 yanvarda Leninin balzamlanmış cəsədi arxitektor A.V. Şusevin inşa etdiyi Mavzoleyə qoyuldu.



Amin


Femida.az

Açar sözlər: #Lenin   #SSRİ   #Rusiya   #sosialist  

Oxunub: 1923