Silah oğrusunun başqa cinayətləri də üzə çıxdı

Silah oğrusunun başqa cinayətləri də üzə çıxdı


15:42     22 Aprel 2019 terror%20hebs.jpg

Paytaxtda oğurluğa görə tutulan şəxsin başqa cinayətlərinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, oğurluq etdiyinə görə tutulan S.Məmmədovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə bu il yanvarın 2-də rayon ərazisindən “Ford” markalı avtomobili qaçırması, habelə fevralın 2-də Bakı şəhər sakini B.İsmayılovla birgə evlərin birindən 1 ədəd “İJ-58” markalı ov tüfəngi və 2 ədəd tir tüfəngini oğurlaması müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə B.İsmayılov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 121