Arvadının boğazını kəsəndən YENİ XƏBƏR


15:47     22 Aprel 2019 bogub%20qadin%20tutulub%20arvadini3.jpg

Arvadını öldürməkdə təqsirləndirilən Fazil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Bakı Ağlr Cinayətlər Məhkəməsində Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 29-na təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin oktyabr ayında Bakıda baş verib.

Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.

Məlumata görə, Həsənov bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə vuraraq öldürüb. Hadisə mərhumun 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

F.Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Təqdirləmdirilən F.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 549