Ərdoğan Kılıçdaroğlunun döyülməsini pislədi


18:10     22 Aprel 2019 19_04_22_1555935938.jpg

Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun şəhidin dəfn mərasimində hücuma məruz qalmasına münasibət bildirib.


Femida.az xəbər verir ki, Ərdoğan bununla bağlı fikirlərini “Twitter” hesabında paylaşıb.

"Təəssüf ki, istənilməyən bir hadisə baş verib. Kılıçdaroğluna qarşı etiraz şiddətə çevrilib. Şiddəti əsla qəbul etmirik. Məsələ detallı şəkildə araşdırılmaqdadır. Şiddətin, terrorun hər növünə qarşıyıq. Kimsənin Türkiyənin sabitliyinə xələl gətirməsinə icazə vermərik”, - Ərdoğan yazıb.

Qeyd edək ki, ötən gün Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu hücuma məruz qalıb. Paytaxt Ankarada şəhidin dəfn mərasiminə qatılan partiya sədrinə bir qrup şəxs hücum edib. Kılıçdaroğlunun mühafizəçiləri müdaxilə edərək insidentin qarşısını alıblar.

Açar sözlər:

Oxunub: 452