Bakıdakı yol qəzalarında 33 nəfər ölüb - 3 ayda

Bakıdakı yol qəzalarında 33 nəfər ölüb - 3 ayda


19:51     22 Aprel 2019 qeza_yeni.jpg

Bu ilin birinci rübündə paytaxt ərazisində baş vermiş 116 yol-nəqliyyat hadisəsində 33 nəfər həlak olub, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, bu barədə İdarədə cari ilin I rübündə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi zamanı deyilib.

Bildirilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, ölənlərin sayı 36,5 faiz, xəsarət alanların sayı isə 0,9 faiz azalıb.

Yоl hərəkətinə nəzаrət prоsеsində 173.467, о cümlədən sürət rеjiminə əməl оlunmаmаsı ilə bağlı 85.145, ötmə və manevr qaydalarının pozulmаsı ilə əlаqədаr 9.569 nəqliyyаt vаsitəsinin sərхоş vəziyyətdə idаrə оlunmаsı ilə bаğlı 566 inzibаti хətа aşkar еdilib.

Femida.az

Açar sözlər:

Oxunub: 148