Bərdə sakini Bakıda 3 nəfərin 160 min manatını mənimsəyib

Bərdə sakini Bakıda 3 nəfərin 160 min manatını mənimsəyib


21:20     22 Aprel 2019 manat_180215.jpg

Bərdə sakini Bakıda 3 nəfərin külli miqdarda pulunu mənimsəyib.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Bərdə rayon Mehdili kənd sakini, 1958-ci il təvəllüdlü Rzayev Vahid Rza oğlu Bakıda tanışı Eyyub, İlkin və Elçin adlı şəxsləri özünə məxsus kredit təşkilatının lisenziya və səhmlərini almaq adı ilə aldadaraq onlardan 250 min manat pul alıb. Sonradan həmin pulun 90 min manatını ödəsə də, 160 min manatını mənimsəyib.

Faktla bağlı araşdırmalara başlanıb.

Femida.az

Açar sözlər: #Bərdə  

Oxunub: 213