"Google" İran televiziyalarının hesablarını bağlayıb


22:28     22 Aprel 2019 2019/04/22-08-10-748897_1555956570.jpg

"Google" şirkəti İranın ingilisdilli "Press TV" və ispandilli "Hispan TV" televiziya kanallarının elektron versiyalarına girişi qadağan edib.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, istifadə qaydalarının pozulmasını bəhanə edən şirkət İran televiziyalarının "You Tube" şəbəkəsinə video yerləşdirmək imkanını da məhdudlaşdırıb.

İranın Xarici İşlər Nazirliyindən bildirilib ki, dünyaya söz və mətbuat azadlığından dərs verən ABŞ-ın bu hərəkəti onu deməyə əsas verir ki, rəsmi Vaşinqton üçün söz azadlığı dövlətlərin daxili işinə müdaxilə etmək üçün bir bəhanədir. ABŞ həqiqətlərin üzə çıxmasından və törətdiyi münaqişələr nəticəsində insanların həlak olmasın haqqında insanların fikrinin cəmiyyətə yayılmasından qorxur. Ona görə də, İran televiziyalarının beynəlxalq səviyyədə söz demək imkanını məhdudlaşdırır.

Açar sözlər:

Oxunub: 503