20 Yanvar dairəsində qəza, xəsarət alan var- VİDEO


10:25     23 Aprel 2019 19_04_23_1556000907.jpg

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.


ONA-nın məlumatına görə, hadisə 20 Yanvar dairəsi yaxınlığında baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Hüseynov Nurlan Balakişi oğlu idarə etdiyi “Kia” markalı avtomobillə dairədə dönmə əməliyyatı edən zaman avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı beton maneəyə çırpılıb. Sürücü N.Hüseynov xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Hadisənin baş verdiyi əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu ehtimal edilir.


Açar sözlər: #qəza  

Oxunub: 1590