Bakının Qoşa Qala qapısı restorana çevrilir

Bakının Qoşa Qala qapısı restorana çevrilir


10:44     23 Aprel 2019 2019/04/1555999121_qosa-qala_1556001914.jpg

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terasların genişləndirilməsi layihəsi həyata keçirilir.


Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Femida.az-a bildirilib.

Məlumatda bildirilib ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur:

“Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir.

İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir”.

Açar sözlər:

Oxunub: 469