Eldar Əzizov şöbənin adını dəyişdi - Bu şəxsi müdir təyin etdi


10:44     23 Aprel 2019 19_04_23_1556001879.jpg


Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.


Femida.az unikal.org-a istinadən xəbər verir ki, bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə, Rəşid Ağaqulu oğlu Ağayev Bakı Şəhər İcra Hakimiyyətinin Tikinti Məsələləri şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bir neçə ay öncə BŞİH-nin başçısı Eldar Əzizovun əmrinə əsasən, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyid İsmayılov işdən çıxarılmışdı. Əsаsli tikinti və təmir şöbəsinin adı dəyişdirilərək Tikinti məsələləri şöbəsi kimi qeyd edilib.

Femida.az

Açar sözlər: #icra   #Bakı  

Oxunub: 493