20 yaşlı qadın xəstəxanada öldü - Halı pisləşdiyi üçün dərman içmişdi

20 yaşlı qadın xəstəxanada öldü - Halı pisləşdiyi üçün dərman içmişdi


11:30     23 Aprel 2019 xestexana_875.jpg

Ağdaş rayon Mərkəzi Xəstəxanasında gənc qadın dünyasını dəyişib.


Femida.az ONA-ya istinadən xəbər verir ki, rayonun Cardam kənd sakini, 1999-cu il təvəllüdlü İsgəndərova Cəmilə Sahil qızı yaşadığı evdə xəstələndiyi üçün müalicə məqsədilə bir neçə dərman preparatı qəbul edib və halı pisləşib. Getdikcə vəziyyəti ağırlaşan Cəmilə İsgəndərova ailə üzvləri tərəfindən təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
REKLAM

limak.az

Daha ətraflı


Həkimlərin səyinə baxmayaraq, bir uşaq anası olan qadının həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanaya gətirilərkən onda zəhərlənmə, tənəffüs çatışmazlığı və boğulma əlamətlərinin olduğu bildirilir.
Qadının hansı səbəbdən öldüyü hələlik məlum deyil. Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib. Ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Xəstəxana   #Ağdaş  

Oxunub: 236