Kənd təsərrüfatı məhsullarının istehsalı artıb


11:46     23 Aprel 2019 publika.az1450011309yarmarka2.jpg

Cari ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 894,2 milyon manat təşkil edib.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, onun 857,7 milyon manatı heyvandarlıq, 36,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları 2,8 faiz, bitkiçilik məhsulları isə 24,7 faiz artıb.


Femida.az

Açar sözlər:

Oxunub: 446