Tələbənin qətlə yetirilməsi ilə bağlı – RƏSMİ MƏLUMAT


11:55     23 Aprel 2019 din-den%20seyyar%20xidmet.jpg

Aprelin 22-də Qazax rayonunun Çaylı kəndində kənd sakini Məhərrəm Qocayev münaqişə zəminində həmkəndlisi Rahil Cələddinlini bıçaqla qətlə yetirib.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən M.Qocayev saxlanılıb.

Qeyd edək ki, Hadisənin borc üstündə baş verdiyi deyilib. Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayeva təqribən 25-30 manat pul borc verib. R.Cələddinli pulunu geri tələb etdikdə, M.Qocayev pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə səbəb olub. Nəticədə M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 3684